"Traktor" ÇL-də ilk qələbəsini qazandı

"Traktor" ÇL-də ilk qələbəsini qazandı
XƏBƏR 23 Aprel 2021 / 22:02 134634
-  A +

"Traktor" Asiya Çempionlar Liqasında növbəti oyununa çıxıb.

Qol.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi B qrupunun 4-cü turunda evdə İraqın "Əl-Kuva" klubu ilə qarşılaşıb. Matç Təbriz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 2-ci dəqiqədə Mehdi Tikdari vurub.

"Traktor" bundan əvvəlki üç matçında heç-heçə oynamışdı.

Bu nəticədən sonra "Traktor" 6 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şərcə" klubu isə 8 xalla liderdir.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner