"Real"ın yarımmüdafiəçisi Eden Hazard zədəsini sağaldaraq komanda ilə məşqləri bərpa etdikdən sonra meydana çıxmağa hazırlaşmağa qərar verib.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bunun üçün belçikalı futbolçu şəxsi bərbərinin Londondan Madridə uçuşunu təşkil edib. İspaniyadakı karantin fonunda bu çox insanın narazılığına səbəb olub. Müştəriləri arasında Jesse Linqard, Pol Poqba və Tammi Abraham olan bərbər Ahmed Alsanavi, "İnstaqram"da etdiyi səfərin görüntülərini yayımlayıb. O, Hazardla görüşmək üçün lüks bir təyyarəyə minib.
Səfər, İngiltərə hökumətinin "kiçik beynəlxalq səyahət etməyi tövsiyə etmədiyi" bir vaxtda reallaşıb, ancaq İspaniya səlahiyyətliləri "iş yerinə səyahət kimi bəzi istisnalara" icazə veriblər.
İngiltərə İspaniya üçün qırmızı zonada olmadığından, nə Hazard, nə də Alsanavi tərəfindən karantin qaydalarının pozulmadığı bildirilir.
Yuxarı
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı