"Ayaks" 37 yaşlı futbolçu aldı

"Ayaks" 37 yaşlı futbolçu aldı
XƏBƏR 23 Aprel 2021 / 16:12 2582
-  A +

"Ayaks” heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Amsterdam təmsilçisi “Vitess”dən Remko Pasveri transfer edib. 

37 yaşlı qapıçı yayda “Ayaks”a azad agent kimi qoşulacaq. Pasverlə müqavilənin müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Pasver bundan əvvəl Niderlandda “Tvente”, “Herakles” və PSV kimi klublarda çıxış edib.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner