Polşadan paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
Qol.az xəbər verir ki, bu gün Azərbaycanın yunan-Roma güləşçiləri mübarizəyə başlayacaq. Təmsilçilərimizdən 3-ü döşək üzərinə çıxacaq.
Dünya və Avropa çempionu Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və son Avropa çempionu Sənan Süleymanov (77 kq) yarışa 1/8 final mərhələsindən qoşulacaq.
Əzizli və Məmmədov Bolqarıstan, Süleymanov isə Finlandiya təmsilçisi ilə görüşəcək. Azərbaycanın digər 5 yunan-Roma güləşçisi növbəti gün qüvvəsini sınayacaq.
Avropa çempionatı, yunan-Roma güləşi
23 aprel
55 kq
1/8 final: Eldəniz Əzizli - Nedyalko Petrov (Bolqarıstan)
63 kq
1/8 final: Taleh Məmmədov - Nikolay Viçev (Bolqarıstan)
77 kq
1/8 final: Sənan Süleymanov - Harri Latvala (Finlandiya)
Bu gün eyni zamanda qadın güləşində təsəlliverici və medal görüşləri olacaq. Azərbaycan təmsilçilərindən Tatyana Varansova (53 kq) bürünc medal uğrunda görüşdə Yuliya Leorda (Moldova) ilə, İrina Netreba (65 kq) Krişta İnçe (Rumıniya) / Lyubov Ovçarova (Rusiya) cütünün qalibi ilə ilə güləşəcək.
Qadın güləşi
53 kq
Bürünc medal görüşü: Tatyana Varansova - Yuliya Leorda (Moldova)
65 kq
Bürünc medal görüşü: İrina Netreba - Krişta İnçe (Rumıniya) / Lyubov Ovçarova (Rusiya)
Qeyd edək ki, seçmə mərhələ və təsəlliverici görüşlər Bakı vaxtı ilə saat 13:30-da, yarımfinal qarşılaşmaları saat 18:45-də, medal mücadilələri isə saat 20:00-da başlanacaq.
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək
Mirça Luçesku istefa verdi
Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi
Kamal Umudlu UEFA yarışlarında iki oyun idarə edib