"İnter"in baş məşqçisi Antonio Konte İtaliya A seriyasında "Sassuolo"ya 2:1 hesablı qələbəni şərh edib.
Qol.az xəbər verir ki, komandası lider olan 51 yaşlı mütəxəssis çempionluq həyəcanı yaşadıqlarını söyləyib: "A seriyasına 9 ildir bir komanda hakimdir. Onları taxtdan salmaq əla olacaq. Hər qələbə rəqiblərimizə bir mesajdır.
9 matçımız qalıb. Hər birinin 6 xallıq dəyəri var. Komanda olaraq üzərimizdə gərginlik var. Azarkeşlərimiz də eyni həyəcanı bizimlə bölüşürlər. Bu təzyiq olduqca təbiidir. Qalan matçlarda qalib gəlmə üçün meydana çıxacağıq".
Qeyd edək ki, ardıcıl 9 ildir "Yuventus" ölkə çempionatının qalibi olub.
Xatırladaq ki, "İnter" hazırda A seriyasında 71 xalla liderdir. Komanda ən yaxın izləyicisi "Milan"ı 11 xal qabaqlayır.
Xusanov ata oldu - Video
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var