Karantin qaydasını pozdu, qəzaya düşdü

Karantin qaydasını pozdu, qəzaya düşdü
XƏBƏR 7 Aprel 2021 / 12:25 1225
-  A +

"Palmeyras"ın koronavirusa yoluxmuş futbolçusu Luis Adriano karantin qaydalarını pozub.

Qol.az xəbər verir ki, 33 yaşlı hücumçu daha sonra avtomobili ilə qəza törədib. Braziliyalı futbolçu bu barədə Tvitter səhifəsində patylaşım edib. O,  yazıb:

"Aprelin 1-də koronavirus testimin nəticəsi müsbət çıxdı. Xəstəliyin heç bir əlaməti yox idi. Amma klubun təyin etdiyi qaydalar məlumdur. Evdə təcrid olunmağım lazım idi. Amma dünən maşın sürə bilməyən anamı aparmaq üçün ticarət mərkəzinə getdim. Mən maşından düşmədim və maska geyinmişdim. Sonda hər şey qəzaya düşməyimlə başa çatdı. Avtomobil dayanacağından çıxarkən maşınım velosipedlə toqquşdu. Yaralıya kömək edə bilmədim. Ancaq onda hər şey yaxşı qurtardı. Evdən çıxmamalıydım, səhv etdim. Bunu etiraf edirəm".
 


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner