Roys Levandovskinin rekordunu qırdı

Roys Levandovskinin rekordunu qırdı
XƏBƏR 7 Aprel 2021 / 12:00 2095
-  A +

"Borussiya"nın (Dortmund) futbolçusu Marko Roys klub rekorduna imza atıb.

Qol.az xəbər verir ki, 31 yaşlı hücumçu buna ötən gecə Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" ilə matçda (1:2) nail olub. O, görüşdə fərqlənməklə turnirdə vurduğu qolların sayını 18-ə çatdırıb.

Bununla da almaniyalı oyunçu "Borussiya"nın Çempionlar Liqasında ən çox qol vuran futbolçusu adını qazanıb. Əvvəlki rekord isə komandanın sabiq futbolçusu, hazırda "Bavariya"da çıxış edən Robert Levandovskiyə məxsus idi (17 qol).

Qeyd edək ki, Roys bu mövsüm bütün turnirlərdə 39 matçda 5 qol vurub və 11 qolun ötürməsini verib.

Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner