"Dortmunda qələbə üçün gedəcəyik" - Qvardiola

"Dortmunda qələbə üçün gedəcəyik" - Qvardiola
XƏBƏR 7 Aprel 2021 / 09:49 1296
-  A +

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/4 finalında Dortmund "Borussiya"sına qalib gəldikləri matçdan (2:1) sonra oyunu şərh edib.

Qol.az xəbər verir ki, 49 yaşlı mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında deyib: "Dortmundakı cavab oyununa qələbə qazanmaq üçün gedəcəyik. Bugünkü matçın ilk yarısında topu ən ağıllı şəkildə idarə etmədik. İkinci hissədə isə vəziyyət düzəldi. 2-3 yaxşı qol şansımız oldu. "Borussiya" tipik Çempionlar Liqası klubudur. İllərdir bu turnirdə iştirak edir və nə edəcəyini bilir. Onları məğlub etmək üçün səfərə gedəcəyik".

Qeyd edək ki, komandalar arasında cavab görüşü aprelin 13-də keçiriləcək.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner