Hakim Haalanddan avtoqraf aldı, tənqid edildi

Hakim Haalanddan avtoqraf aldı, tənqid edildi
XƏBƏR 7 Aprel 2021 / 09:23 1860
-  A +

Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" - "Borussiya" matçından sonra tənqidə səbəb olan anlar yaşanıb.

Qol.az xəbər verir ki, görüşün yan xətt hakimi Oktavian Şövre qarşılaşma başa çatan kimi qonaq komandanın hücumçusu Erling Haalanda yaxınlaşıb. Rumıniyalı hakim 20 yaşlı hücumçudan ona avtoqraf verməsini istəyib. Norveçli oyunçu isə onun bu istəyini yerinə yetirib.

Hakimin belə addımı idman ictimaiyyətində futbolçular, məşqçilər və media nümayəndələri tərəfindən tənqid olunub. 

Qeyd edək ki, "Mançester Siti" - "Borussiya" matçı "şəhərlilər"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner