Millimizin sabiq baş məşqçisi Nikola Yurçeviç yığma komandamızın çıxışları və Azərbaycan futbolunun indiki durumu ilə bağlı "İTV"yə müsahibə verib.
Qol.az xəbər verir ki, o, ilk növbədə Azərbaycan xalqına salamlarını çatdırıb: "Mən və ailəm Azərbaycanda xoş anlar yaşadıq, bunu heç vaxt unutmayacağıq. Şəxsən mənim üçün ötən il, xüsusilə Covid-19 pandemiyasının törətdiyi çətinliyə görə elə də asan olmadı. Mən Xorvatiyada müxtəlif televiziya kanallarında UEFA Çempionlar Liqası və daxili çempionatın oyunlarında şərhçi işləyirəm. Amma əminəm ki, yayda özümə yeni komanda tapacağam".
Xorvat mütəxəssis millimizin əksər oyunlarını izlədiyini vurğulayıb: "Azərbaycan millisindən elə də güclü olmayan komandaların çıxış etdiyi Millətlər Liqasındakı oyunlarına baxmışam. Yeni milli komandanın çıxışları fərqli olur, bəzi oyunlarda Azərbaycan yaxşı çıxış edir. Misal üçün Kipr yığmasına qarşı keçirilən oyunları qeyd edə bilərəm. Digər matçlarda millinin çıxışını normal dəyərləndirə bilərəm. Buna misal olaraq Lüksemburq, Monteneqroya qarşı keçirilən görüş və Sloveniya ilə 0:0 hesabı ilə başa çatan oyunu qeyd edə bilərəm. Həmin oyunda Azərbaycan millisi qələbəyə yaxın oldu. Lakin Lüksemburqa qarşı evdə, Monteneqroya qarşı səfərdə keçirən oyunlarda Azərbaycan millisi yaxşı oynamadı".
O, millimizin DÇ-2022-nin seçmə mərhələsindəki çıxışına da toxunub: "Azərbaycan millisi ilk oyunlarını qrupun 2 ən güclü komandasına qarşı keçirib. Bunlar yüksək səviyyəli Portuqaliya və Serbiya kollektivləridir. İlk oyunda Azərbaycan 0:1 hesabı ilə məğlub oldu, amma yaxşı çıxış etdi. Kompakt mübarizə apardı. Amma biz real olmalıyıq və başa düşməliyik ki, Portuqaliya və Serbiya millisi ilə Azərbaycan arasında çox böyük fərq var".
Yurveçiç çalışdırdığı Azərbaycan millisi ilə hazırkı yığmanı da müqayisə edib: "Mənim dövrümdəki Azərbaycan millisi ilə indiki Canni De Biyazinin rəhbərlik etdiyini komandanı müqayisə etsək 1 fərqi görərəm. Mənim vaxtımda millidə 5-6 legioner çıxış edirdi. Dmitri Nazarov, Eddi İsrafilov, Dadaşov qardaşları, Şeydayev və Riçard Almeyda bu komandada oynayırdı. Düşünmürəm ki, komanda daha təcrübəli idi. Amma Canni De Biyazi gənc və Azərbaycanda çıxış edən futbolçulara şans verir, cəmi 1 legioner var. Mənim dövrümdəki Azərbaycan milli komandası ilə indiki arasında olan ən böyük fərq budur".
54 yaşlı mütəxəssis millimizin DÇ-2022-də çətin qrupda yer aldığını söyləyib: "Dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin nə qədər xal toplayacağını söyləmək çox çətindir. Həqiqətən çətin qrupdur, bu qrupda Portuqaliya Serbiya kimi Avropanın TOP komandaları var. İrlandiya yaxşı komandadır, göstərdiyi oyunla heyətində Avropanın müxtəlif klublarında çıxış edən futbolçulara malik olan Lüksemburq nə qədər keyfiyyətli komanda olduğunu sübut edir. Bu səbəbdən deyə bilərəm ki, qrup çox çətindir. Ola bilər ki, Azərbaycan millisinin İrlandiya və Lüksemburqa qarşı bir neçə xal qazanmaq şansları olacaq. Əgər Azərbaycan bu qrupda dördüncü pilləni qazana bilsə, o zaman bu, həqiqətən böyük uğur olacaq".
Yurçeviç Azərbaycan futbolunun gələcəyi və ölkə futbolunun indiki vəziyəti ilə bağlı da danışıb: "Deyə bilərəm ki, Azərbaycanda ən böyük problem çempionatda 8 komanda olmasıdır. Bu çempionatda 10-12 komanda çıxış etməlidir. Mənim üçün çox önəmli futbol akademiyaları və U-21 üçün keyfiyyətli seleksiya işləridir. Xatırlayıram, mənim dövrümdə Miloş Velebit aşağı yaş qruplarında yaxşı işlər görürdü. Mən burada inkişaf görürdüm. 21 yaşadək milli komandanın oyununa baxanda yaxşı oyunlar görə bilirəm, bu komandada yaxşı oyunçular da var. Beləliklə Azərbaycan futbolunun inkişafı üçün güclü çempionat və aşağı yaş qruplarında U-17, U-18, U-19 və 21 yaşadək futbolçularla işləri düzgün təşkil etməklə görürəm. Bu proseslər zamanla baş verməlidir, 1 gecədə görüləcək işlər deyil. Ümid edirəm ki, qarşıdakı bir neçə il ərzində Azərbaycan futbolunun gələcəyi daha yaxşı olacaq".
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türk Hava Yolları “Liverpul”un sponsoru oldu
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi
Millimizin üzvü “Sampdoriya”da növbəti oyuna çıxdı
Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı - Video
“Latsio”dan əzmkar qələbə - Video
Superliqada 4-cü tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır