"Döyüşürük ki, çempion olaq" - "Neftçi"nin legioneri

"Döyüşürük ki, çempion olaq" - "Neftçi"nin legioneri
XƏBƏR 6 Aprel 2021 / 17:29 1942
-  A +

"Klubla müqaviləm mövsümün sonunda bitir. Buna görə də mütləq burada çempion olmağı arzulayıram".

Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Stiven Jozef-Monroz klubun rəsmi televiziyasında yayımlanan "Piramida" verilişinə müsahibəsində deyib.

Fransalı hücumçu çempionluq əldə etməyin elə də asan olmadığını bildirib: "Bilirsiniz ki, "Qarabağ" uzun illərdir ki, çox yaxşı çıxış edir. Biz isə komanda olaraq, döyüşürük. Döyüşürük ki, çempion olaq. Müqaviləmin bitməsindən əvvəl çempion olsaq, buna sevinəcəyəm. Bu, həm özüm, həm də komandam üçün çox yaxşı olacaq".

Monroz XX turda "Səbail"i məyus etdikdən sonra fərqli qol sevinci yaşadığını xatırlayıb: "Bu, sadəcə zarafat idi. Klubumuzun prezidenti Kamran Quliyev oyundan bir gün əvvəl gəlib məndən "Adın nədir" deyə soruşdu. Mən uzun vaxt idi ki, qol vurmurdum. Həmçinin demək olar ki, məhsuldar ötürmələrim də yox idi. Mən də dedim ki, adımı xatırlamırsınızsa, bunu sizə oyun zamanı nümayiş etdirəcəyəm. Qol vurduqdan sonra tribunalara bu formada baxaraq, klub prezidentini axtardım. Sonra da formamı göstərdim ki, adımı xatırlasın. Bu, sadəcə onunla bağlı idi. Yəni eynəklik nə isə yox idi (gülür - red.)".

Qeyd edək ki, "Neftçi" 20-ci turda "Səbail"ə 4:0 hesabı ilə qalib gəlib. Stiven Jozef-Monroz həmin görüşün komandasının ikinci qolunun müəllifi olub.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner