Keyta "Liverpul"dan gedir

Keyta "Liverpul"dan gedir
XƏBƏR 6 Aprel 2021 / 16:37 2223
-  A +

"Liverpul"un futbolçusu Nabi Keyta klubdan ayrılmaq istəyir.

Qol.az "Footbal İnsider"ə istinadən xəbər verir ki, 26 yaşlı yarımüdafiəçi komandada kifayət qədər oyun şansı ala bilməməsindən narazıdır. Buna görə də o, Premyer Liqa klubundan ayrılmağı düşünür. Bildirilir ki, "mersisaydlılar" da Keytanı satmağa hazırdır. Qvineyalı oyunçu üçün əsas namizəd isə "Lester"dir.

Qeyd edək ki, Keyta bu mövsüm bütün turnirlərdə 15 matç keçirib.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner