Azərbaycanla oyuna komandanı o çıxaracaq

Azərbaycanla oyuna komandanı o çıxaracaq
XƏBƏR 6 Aprel 2021 / 13:19 1737
-  A +

Ötən gün Mixail Marxeli istefaya göndərən Belarus millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Qol.az xəbər verir ki, komandanı Georgi Kondratyev çalışdıracaq. O, indiyədək yığmada Mixail Marxelin köməkçisi olub.

Belarus millisini Azərbaycanla yoldaşlıq görüşünə də 61 yaşlı mütəxəssis çıxaracaq. Sözügedən matç iyunun 2-si Minskdəki "Dinamo" Milli Olimpiya Stadionunda keçiriləcək.

Qeyd edək ki, Kondratyev 2011 - 2014-cü illərdə də Belarus millisinə baş məşqçilik edib.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner