Kontenin maaşı artırılır

Kontenin maaşı artırılır
XƏBƏR 6 Aprel 2021 / 12:57 1452
-  A +

"İnter" baş məşqçisi Antonio Konte ilə müqaviləni yeniləyəcək.

Qol.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, sözləşməyə əsasən, 51 yaşlı mütəxəssisin maaşı illik 12 milyon avrodan 13,5 milyon avroya yüksələcək. Kontenin hazırkı müqaviləsinin müddəti 2022-ci ilin yayına qədərdir.

Xəbərdə o da bildirilir ki, italiyalı çalışdırıcı da özünü klubda xoşbəxt hiss edir və ayrılmağı düşünmür.

Qeyd edək ki, "İnter" bu mövsüm Kontenin baş məşqçiliyi altında A seriyasında 68 xal toplayıb və liderdir.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner