"DÇ-2022-nin ilk iki oyununda texniki baxımdan özümüzdən güclü komandalara qarşı oynadıq. Onların güclü tərəflərini öyrənmişdik. Məhz bu səbəbdən daha çox müdafiəçi ilə çıxış edirdik. Bizim də şanslarımızın olacağını bilirdik. Yaranan şanslardan mütləq yararlanmaq lazım idi. Bu, hələ başlanğıcdır. Yolumuz uzundur".
Qol.az xəbər verir ki, bu sözləri millimizin baş məşqşisi Canni De Byazi "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində müsahibəsində deyib.
İtaliyalı mütəxəssis bildirib ki, komandanın hücum xəttində problem yoxdur: "Deyə bilmərik ki, biz təkcə penaltidən qol vururuq. Millətlər Liqasında Lüksemburqla oyunu xatırlamaq istəyirəm. Orada gözəl kombinasiyadan sonra Ramil Şeydayev fərqləndi. Belə epizodlarımız çox olub. Bəzən onların hamısından faydalana bilmirik. Başa düşmək lazımdır ki, hər hücumçunun müxtəlif vaxtlarda yaxşı və pis periodları olur. Belə onların hər zərbələri qolla nəticələnir, əksi baş verən zamanda fərqlənə bilmirlər. Bir az səbrli olmaq lazımdır. Yaxşı nəticələr gələcək. Portuqaliya və Serbiya ilə oyuna görə futbolçulardan razıyam. Hər iki görüşdə məğlub olduq, adətən belə olanda razı qalmıram. Amma rəqiblər çox güclü idi. Ümumilikdə yaxşı siqnallar gördük".
De Byazi hücumçu Əli Qurbani haqda da danışıb: "Qurbani bizim üçün önəmli futbolçudur. Hamı səhv edə bilər. Messi və Ronaldo da səhv edir. Bu hücumçularda olan şeydir. Düşünürəm ki, Ronaldo bizə qarşı daha çox səhv etdi və epizodları qaçırdı. Nəinki Əli Qurbani Serbiyaya qarşı. Əli Qurbani bizim üçün Mahir Emreli və Ramil Şeydayev qədər vacibdir. Demişə demişəm, yaxşı oynayırsansa, yığmanın qapısı sənin üçün daim açıqdır. Əsas olan bayrağa sevgidir. Ancaq bununla yaxşı nəticələr əldə edə bilərik" (report).
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi