Aprelin 8-də səfərdə Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisi məşqlərini Bakıda davam etdirir.
Qol.az xəbər verir ki, gündə bir dəfə məşq keçən komandanın üzvləri Bolinha və Eduardo Borges də hazırlığa qoşulub. Məşqdən sonra Edu hazırlıq və oyunla bağlı Azərbaycan Futzal Federasiyasının saytına bunları deyib:
“Bu gün (dünən) komanda ilə birgə ilk məşqimə çıxdım. Bir qədər çətin oldu. Ancaq sabah daha rahat şəkildə məşq edəcəm. Məşq prosesi bizim üçün yaxşı alınmadı. İki oyunçumuz zədələndi. Bu da oyunçuların istəkli, özlərini baş məşqçiyə yaxşı tərəfdən göstərmək istəyindən irəli gəlirdi. Onların bizə kömək edib-etməyəcəyi sabah məlum olacaq. Allahın köməyi ilə hər şey yaxşı olar və hər iki futzalçı bizimlə birgə səfərə yollanar”.
Futzalçı Qalonun komandaya qoşulmasından sonra daha da güclənəcəklərini, itkilərin isə komandaya çətinlik yaradacağını qeyd edib. Müdafiəçi Slovakiya ilə qarşılaşmada şansların bərabər olduğunu da vurğulayıb: “Şanslar bərabərdir – 50-nin 50-yə. Biz qələbə qazansaq, liderliyimizi təmin edəcəyik. Elə səfərə də bu məqsədlə yollanacağıq. İstəyimizi reallaşdıracağımıza inanırıq”.
Eduardo birinci pilləni təmin etmək üçün Slovakiya ilə görüşdə 1 xalın kifayət edəcəyini, amma meydana sırf heç-heçə üçün çıxmayacaqlarını deyib: “Bilirik ki, Slovakiya ilə görüşdə heç-heçə də bizə məqsədimizi reallaşdırmağa yetir. Ancaq meydana heç vaxt heç-heçə üçün çıxmamışıq. Bizə iki oyundan 6 xal lazımdır. Onda həm əhval-ruhiyyəmiz yüksək olacaq. Eyni zamanda, indi UEFA-nın tərtib etdiyi reytinq cədvəlində 5-ci pillədə qərarlaşmışıq. Qələbələr qazanmalıyıq ki, xal ehtiyatımızı artıraq. Əks təqdirdə, hamımız əsəbi, gərgin olacağıq”.
Ronaldo 986-cı qolunu vurdu
Kandido 1:5-lik məğlubiyyətin səbəblərindən danışdı
Yeni rekord olacaq: Bütün biletlər satıldı!
"Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
“Barselona” gənc futbolçusu ilə müqaviləni uzatdı
"Klublardan üzr istəyirəm" - Millimizin baş məşqçisi
Yevlaxda vurulan 4 qol - Video
Azərbaycan millisi İraqa qalib gəldi
Perkons “Zirə” ilə heç-heçəni şərh etdi
"Sumqayıt" - "Sabah": Heyətlər
Rəşad Sadıqov: “Qəribə hadisələr baş verir”
Mərkəzi oyunda qalib müəyyənləşmədi
Millətlər Liqasında 1/4 finalın püşkü atıldı
Azərbaycan millisi ərəblərlə qarşılaşacaq
"Real" Kurtua ilə müqaviləni uzatdı - Rəsmi
PSJ-də yeni müqavilələr olacaq
Azərbaycanın güləş millisi Gürcüstanda çempion oldu
"İmişli" - "Zirə": Heyətlər açıqlandı
Yayda "Liverpul"dan ayrılmaq istəyir
Qazaxıstanlı məşqçilər “Qarabağ”ın düşərgəsində
Satışa çıxarılan “Lester”lə bağlı yeni qərar
Dünən əsgər marşı, bu gün azarkeş nidası…
Premyer Liqanın yeni mövsümünün başlama tarixi açıqlandı
“Mançester Yunayted” 4 azarkeşini cəzalandırdı
MLS-in ən çox qazananları
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi