"Borussiya"nın direktorlar şurasının sədri Hans-Yoahim Vatzke Erling Haaland və Ceydon Sançonun klubdakı gələcəyi ilə bağlı danışıb.
Qol.az xəbər verir ki, o, 20 yaşlı Haalandı satmaq fikrində olmadıqlarını deyib:
"Erlingin atası Old-İnq və meneceri Mino Rayola ilə hər şeyi müzakirə edəcəyik. Haalandın yanımızda qalmasını və gələn mövsüm də bizim üçün qollar vurmağa davam etməsini istəyirik. Alternativ bir planımız yoxdur. Bu yay transfer pəncərəsində klubların məhdud işləyəcəyinə əminəm. Çünki görürsünüz ki, koronavirus ən yaxşı klubların belə büdcəsinə təsir edib. Bunlar bir neçə həftəyə həll ediləcək kiçik problemlər deyil".
Klub rəsmisi Sanço ilə bağlı isə deyib ki, futbolçu üçün xüsusi bir təklif gələrsə, danışıqlara hazırdırlar: “İstisna bir təklif gələrsə, Sançonun durumunu müzakirə edə bilərik. O zaman futbolçunun özü və menecerindən də təklif göndərən klubu istəyib-istəmədiyini soruşarıq”.
Qeyd edək ki, Haalandı "Mançester Siti", "Mançester Yunayted", "Real", "Barselona" kimi klublar heyətinə qatmaq niyyətindədir. Sanço ilə də İngiltərə klublarının maraqlandığı bildirilir.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı