Fərid Çexiyada növbəti oyununa çıxdı

Fərid Çexiyada növbəti oyununa çıxdı
XƏBƏR 5 Aprel 2021 / 10:48 1047
-  A +

Çexiya 2-ci divizionunda 16-cı turun oyunları keçirilib.
 
Qol.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” (Jijkov) səfərdə “Hradeç Kralove” ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 2:4.
 
Fərid də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.
 
Qeyd edək ki, 16 turdan sonra 22 xala malik “Viktoriya” 7-ci pillədə qərarlaşıb.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner