Kökçü koronavirusa yoluxdu

Kökçü koronavirusa yoluxdu
XƏBƏR 4 Aprel 2021 / 15:41 921
-  A +

Türkiyə millisinin və "Feyenoord"un futbolçusu Orkun Can Kökçü koronavirusa yoluxub.

Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə 20 yaşlı yarımmüdafiəçi özü açıqlama verib. O, bildirib: "Təəsüf ki, koronovirus testimin cavabları müsbət çıxdı. Ən qısa zamanda meydanlara qayıdacağıma ümid edirəm".

Bununla da Türkiyə millisinin tərkibində koronavirusa yoluxanların sayı 16-ya çatıb. Onlardan 13-ü futbolçu, 3-ü isə məşqçilər heyətinin üzvüdür. Yığmada daha əvvəl yoluxan 12 oyunçu arasında İrfan Can Kahveci, Nazım Sangare, Merih Demiral, Zeki Çelik, Emre Kılınç, Cenk Tosun, Kaan Ayhan, Kenan Karaman,Dorukhan Toköz, Taylan Antalyalı, Yusuf Yazıcı və Çağlar Söyüncü var.

Qeyd edək ki, Orkun Kökçü Azərbaycanın U-21 millisinin üzvü Ozan Can Kökçünün qardaşıdır.

Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner