Türkiyə millisinin və “Lester"in futbolçusu Çağlar Söyüncü koronavirusa yoluxub.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin baş məşqçisi Brendan Rocers bildirib. O, 24 yaşlı müdafiəçidən götürülən test nümunəsinin cavabının müsbət olduğunu deyib.
Bununla da Türkiyə millisinin tərkibindəki yoluxma sayı 15-ə çatıb. Onlardan 12-si futbolçu, 3-ü isə məşqçilər heyətinin üzvüdür. Çağlar yığmanın DÇ-2022-nin seçmə mərhələsində Niderland, Norveç və Latviya ilə oyunların hər birində iştirak edib və 90 dəqiqə meydanda olub.
Əlavə edək ki, Türkiyə millisinin daha əvvəl koronavirusa yoluxmuş futbolçuları arasında İrfan Can Kahveci, Nazım Sangare, Merih Demiral, Zeki Çelik, Emre Kılınç, Cenk Tosun, Kaan Ayhan, Kenan Karaman,Dorukhan Toköz, Taylan Antalyalı və Yusuf Yazıcı var.
Qeyd edək ki, Çağlar Söyüncü bu mövsüm Premyer Liqada 16 oyuna çıxıb.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı