"Liverpul" çempionluq şansını rəsmən itirdi

"Liverpul" çempionluq şansını rəsmən itirdi
XƏBƏR 4 Aprel 2021 / 11:30 3220
-  A +

30-cu turda "Arsenal"ı məğlub edən (3:0) "Liverpul" 2020/21 mövsümündə Premyer Liqada çempion olmaq şansını itirib.

Qol.az xəbər verir ki, bu, ötən gecə "Mançester Siti"nin "Lester"ə qalib gəlməsi ilə dəqiqləşib. Beləliklə, sona 8 tur qalsa da, "şəhərlilər" xallarının sayını 74-ə çatdırıb və "Liverpul"la (49 xal) arasındakı fərq 25 xal olub. "Mersisaydlılar" bu 8 matçda qalib gəlsələr də, aradakı fərqi qapaya bilməyəcəklər. Bununla da "qırmızılar" 2020/21 mövsümündə çempionluq şansını rəsmən itirib.

Qeyd edək ki, "Liverpul" ötən mövsüm 30 ildən sonra Premyer Liqanın qalibi olmuşdu. Komanda cari mövsümdə 49 xalla 5-cidir.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner