Mourinyonun gözü "İnter"in futbolçusunda

Mourinyonun gözü "İnter"in futbolçusunda
XƏBƏR 3 Aprel 2021 / 15:35 1548
-  A +

"Tottenhem" "İnter"in futbolçusu Milan Şkrinyarı transfer etməyi planlaşdırır.

Qol.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb. London təmsilçisinin baş məşqçisi Joze Mourinyo 25 yaşlı müdafiəçini komandasında görməyə israrlıdır. Klubların artıq danışıqlar apardığı və keçid üçün razılıq əldə etməyə yaxın olduqları bildirib.

Qeyd edək ki, Şkrinyar bu mövsüm 23 matçda 3 qol vurub.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner