"Fənərbaxça"nın sabiq baş məşqçisi Erol Bulut ilk dəfə istefaya göndərilməsindən danışıb.
Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis deyib:
"Düzü, yollarımızı belə erkən ayrılacağımızı gözləmirdim. "Fənərbaxça" hələ də çempionluq mübarizəsindədir. Komandanın qarşısında uzun müddət hesab edilə biləcək 10 həftə var. "Fənərbaxça"nı çempionluq mübarizəsinin içində saxlamağa çalışdıq və bunu bacardıq. Ortalama xal hesabımıza baxılsa, görərik ki, son 4 ilin ən yaxşı xal ortalamasını əldə etmişik. Səfər matçlarında ən yaxşı nəticələri qazanmışıq. Hətta bir ara Məğlubiyyətsizlik seriyamız da var idi. Amma bəxtimiz gətirmədi ki, ard-arda çoxlu futbolçumuz zədələndi. Onsuz da mən işə başlayanda müəyyən transferlər edilmişdi. 2 və ya 3 transfer mənim və komandamın istəyi ilə olub. Amma bundan başqa klubun özünün müəyyən bir siyahısı var idi. Ona əsasən də transferlər edildi. Buna baxmayaraq, hər zaman demişəm ki, bizim yaxşı futbolçulardan ibarət komandamız var idi. Bu komanda ilə həmişə liderlik yarışında idik. Davam etsəydik, qalan 10 həftə ərzində də əlimizdən gələni edərdik".
Qeyd edək ki, martın 25-də istefaya göndərilən Erol Bulutun əvəzinə mövsümün sonunadək Emre Belözoğlu təyin olunub.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi