Cərimələri xeyriyyə fonduna köçürüləcək

Cərimələri xeyriyyə fonduna köçürüləcək
XƏBƏR 2 Aprel 2021 / 11:40 1270
-  A +

İtaliya kubokunun 1/4 finalının “İnter” – “Milan” matçında (1:2) insident yaşadan Zlatan İbrahimoviç və Romelu Lukaku cərimələrini xeyriyyə fonduna köçürəcəklər.

Qol.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb. Hələlik cərimələrin məbləği açıqlanmayıb.

Xatırladaq ki, bu ilin yanvar ayında keçirilən görüşdə “Milan”ın müdafiəçisi Alessio Romanyoli Romelu Lukakuya qarşı kobud oynayıb. Lukaku ilə Romanyoli arasındakı mübahisəyə İbrahimoviç də qoşulub. Nəticədə bu iki oyunçu kəllə-kəlləyə gəlib, onların arasında söz atışması olub və bir-birini söyüblər. Hakim hər iki oyunçuya qırmızı vərəqə göstərib.

Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner