Avropa çempionatının seçmə mərhələsi çərçivəsində aprelin 8-də səfərdə Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb.
Qol.az xəbər verir ki, komanda gündə bir dəfə olmaqla məşqlərini Bakı İdman Sarayında həyata keçirir. Hazırda baş məşqçi Joze Alesio Da Silvan tam heyətə tapşırıqlarını verə bilmir. Karyerasını ölkə xaricində davam etdirən milli üzvləri məşqlərə sabah qoşulacaq.
Hazırlıqla bağlı azfutzal.az-a açıqlama verən baş məşqçi bunları deyib: “Komanda planlaşdırdığımız kimi, aprelin 1-dən toplanışdadır. Buna qədər isə gündəlik məşqlərimzi edirdik. Hazırda oyunçular oteldə qalır. Problemimiz tam heyətlə məşq edə bilməməyimizdir. Çünki İspaniya çempionatında oyunlar keçirilir. Qalo düşərgəmizə aprelin 5-də gələcək və Bakıda cəmi bir məşqdə iştirak edəcək. Eduardo və Bolinha daha tez gələcək Bakıya”.
Alesio zədə səbəbindən bəzi oyunçulara dəvət göndərə bilmədiyini də qeyd edib: “Rafael Vilela və Vassoura bu dəfə bizə kömək edə bilməyəcək. Həkimi zədə səbəbindən Vilelanın azı 2 həftə məşqlərdən kənarda qalacağını bildirib. Ona görə də heyətdə müəyyən dəyişiklik edəcəyik. Qalan hər kəs oyuna hazırdır”.
Braziliyalı mütəxəssis zədəli futzalçılara rəğmən səfərdən qələbə ilə dönmək istədiklərini, bunun üçün də kifayət qədər səbəblər olduğunu vurğulayıb: “Bəli, Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etmişik. Ancaq bu qalan 2 oyuna rahat çıxmağımıza əsas vermir. Əvvəla, biz liderliyi təmin etməliyik. Bunun üçün də Slovakiya ilə dueldən xal və ya xallarla ayrılmalıyıq. Əlbəttə, hər iki oyundan qalib ayrılsaq, daha yaxşı olar. Çünki qazanılacaq uğurlu nəticə reytinq xallarımızı artıracaq. Hazırda Xorvatiya ilə aramızdakı fərq elə də böyük deyil. Qarşıda iki oyunumuz var, onların da bu qədər matçı qalıb. Hər iki görüşdən itkisiz ayrılmalıyıq ki, reytin xalımız artsın, gələcək püşkatmalarda xeyrimizə işləsin”.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi