“Avro-2020” ilə bağlı yeni iddia

“Avro-2020” ilə bağlı yeni iddia
XƏBƏR 31 Mart 2021 / 15:59 1345
-  A +

Əgər UEFA “Avro-2020”nin təşkilatçı şəhərlərinin sayınin azaltsa, bu halda yarış Sankt-Peterburq və Londonda keçiriləcək.

Qol.az xəbər verir ki, bu barədə idman jurnalisti Tankredi Palmyeri öz mənbələrinə istinadla məlumat yayıb.

Qeyd edək ki, “Avro-2020” ilə bağlı yekun qərar UEFA İcraiyyə Komitəsinin aprelin 19-na nəzərdə tutulan iclasında qəbul olunmalıdır. Jurnalist yazıb ki, adları çəkilən iki şəhər yarışı azarkeşlərin iştirakı ilə qəbul etmək üçün UEFA-ya təminat veriblər.

Xatırladaq ki, koronavirus pandemiyasına görə ötən il təxirə salınan “Avro-2020” iyunun 11-dən iyulun 11-i aralığında Bakı da daxil olmaqla Avropanın 12 şəhərində keçirilməlidir.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner