Ozan Tufanın qiyməti açıqlandı

Ozan Tufanın qiyməti açıqlandı
XƏBƏR 31 Mart 2021 / 15:02 3826
-  A +

"Fənərbaxça" futbolçusu Ozan Tufanın satış qiymətini müəyyənləşdirib.

Qol.az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" nəşri məlumat yayıb. İstanbul təmsilçisi 25 yaşlı yarımmüdafiəçini transfer etmək istəyən klubdan 20 milyon avro tələb edəcək.

Oyunçu ilə "Kristal Pelas", "Vest Bromviç" kimi klubların maraqlandığı bildirilir.

Qeyd edək ki, Türkiyə millisinin üzvü bu mövsüm "Fənərbaxça"da 27 matçda 5 qol vurub və 6 qolun ötürməsini verib.


Qarabağ FK
Son xəbərlər
topaz banner