Milli komandaların oyununda baş hakim huşunu itirdi

Milli komandaların oyununda baş hakim huşunu itirdi
XƏBƏR 31 Mart 2021 / 14:08 1580
-  A +

Afrika Millətlər Kubokunun seçmə mərhələsində keçirilən Fil Dişi Sahili - Efiopiya matçında xoşagəlməz hadisə yaşanıb. 
 
Qol.az xəbər verir ki, Abican şəhərində oynanılan qarşılaşmanın baş hakimi Çarlz Bulunun səhhətində problem yaranıb. O,  matçın 81-ci dəqiqəsində huşunu itirərək yerə yıxılıb. Meydanı xərəkdə tərk edən referi dərhal xəstəxanaya aparılıb.
 
Ehtiyat hakim Fil Dişi Sahilini təmsil etdiyi üçün oyun davam etdirilməyib. Nəticədə görüş vaxtından əvvəl meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatdırılıb.




Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner