"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola futbolçusu Serxio Aqueronun yayda komandadan ayrılacağına münasibət bildirib.
Qol.az xəbər verir ki, 49 yaşlı mütəxəssis deyib: "Qarşıda hələ daha iki aylıq birgə işimiz var. Aquero məşqdə əla görünür. O, bizim üçün əvəzolunmazdır. Əlbətdə ki, Aqueronu statistik olaraq əvəzləyə bilərik. Amma onun "Mançester Siti"də 360 oyunu, 250-dən çox qolu, bir çox titulu var. Aquero əfsanədir və klubun son illərdəki ən yaxşı hücumçusudur. Qəlbimiz, azarkeşlərimiz, oyunçularımız və məşqçilərimiz üçün əvəzolunmazdır. Serxionun daha 3-5 il ərzində yüksək səviyyədə çıxış edə biləcəyinə əminəm".
Qeyd edək ki, 32 yaşlı hücumçu 2011-ci ildən "şəhərlilər"də çıxış edir. O, bu müddət ərzində 384 matçda 257 qol vurub və 73 qolun ötürməsini verib. Argentinalı oyunçu əcnəbilər arasında Premyer Liqanın ən yaxşı bombardiridir.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”