"Oyun barədə çox danışmaq alınmayacaq. Çünki görüşü analiz etmək lazımdır".
Bunu Azərbaycan millisinin kapitanı Maksim Medvedev evdə Serbiya yığmasına 1:2 hesabı ilə uduzduqları dünya çempionatının seçmə mərhələsinin matçından sonra deyib.
32 yaşlı müdafiəçi çoxlu səhv buraxdıqlarını və nəticədə rəqibin 2 qol vurduğunu bildirib: "Rəqib futbolçular topla rahat davranır, hücumlar qururdular. Bizdə isə alınmırdı. Onları yaxşı bağlamağa çalışırdıq. Amma səviyyə fərqi hiss olunurdu. Çox tez oynayırdılar, biz isə yorulurduq. Hardasa çatdırmırdıq, nəticədə qol görürdük. Baş məşqçi ilə oyunu analiz etməliyik".
Medvedevin sözlərinə görə, eyni səhvləri təkrarlamaq olmaz: "Bütün rəqiblərimiz analoji futbolu sərgiləyir, yenə qol vura bilərlər. Oyun barədə baş məşqçi ilə söhbətimiz olacaq. Canni De Byazi hər bir futbolçuya özəl tapşırıqlar verir. O, futbolçularla danışanda səhvlərini deyəcək" (report).
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”