"Bavariya"da şok itki

"Bavariya"da şok itki
XƏBƏR 30 Mart 2021 / 19:29 2724
-  A +

Polşa millisinin heyətində zədələnən “Bavariya”nın futbolçusu Robert Levandovskinin durumu ciddidir.

Qol.az xəbər verir ki, Münhen klubu 32 yaşlı hücumçunun bir aya yaxın meydana çıxa bilməyəcəyini açıqlayıb. Onun diz bağlarında gərilmə olduğu bildirilib.

Beləliklə, Levandovski Çempionlar Liqasının 1/4 finalında PSJ ilə oyunları və Bundesliqada təxminən 5 matçı buraxacaq.

Qeyd edək ki, “Bavariya”nın lideri bu mövsüm Münhen klubunda 36 oyuna 42 qol vurub.

Qarabağ FK
Son xəbərlər
topaz banner