Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə oyunda (2:2) təmiz qolu sayılmadığı üçün yerə atdığı kapitanlıq sarğısı hərraca çıxarılıb.
Qol.az "Tuttomercato"ya istinadən xəbər verir ki, sarğını stadionun işçilərindən biri götürüb və "Lumindo" portalında auksion yolu ilə satmağa qərar verib. Əldə edilən gəlir isə altı aylıq uşağın- Qavrilo Curceviçin müalicəsinə sərf olunacaq. Bildirilir ki, körpə arxa əzələlərin atrofiyasından əziyyət çəkir. Hazırda hərracda kapitanlıq sarğısının qiyməti 3 min avrodan çoxdur.
Qeyd edək ki, həmin görüşdə 36 yaşlı hücumçu qol sayılmadığı üçün hakimə etiraz edərək, sarğını yerə çırpıb. Referi Ronaldonu sərt etirazlarına görə sarı vərəqə ilə cəzalandırıb. Portuqaliyalı oyunçu isə matç bitməmiş meydançanı tərk edərək, paltardəyişmə otağına gedib.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”