De Byazi 7 futbolçudan imtina etdi - “23-lük”

De Byazi 7 futbolçudan imtina etdi - “23-lük”
XƏBƏR 30 Mart 2021 / 14:43 5823
-  A +

DÇ-2022-nin seçmə mərhələsində bu gün Serbiyanı qəbul edəcək Azərbaycan yığmasının sözügedən oyun üçün iştirak ərizəsi məlum olub.
 
Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Canni De Byazinin Serbiya ilə matç üçün heyətində 23 futbolçu  yer alıb. O, “23-lüy”ünə hazırda 14 qolla Premyer Liqamızın bombardirləri siyahısına başçılıq edən Namiq Ələsgərov, həmçinin Amil Yunanov, Amin Seydiyev, Bəhlul Mustafazadə, Rəhim Sadıxov, Tellur Mütəllimov və Xəyal Nəcəfovu daxil etməyib.

De Byazinin "23"lüyü aşağıdakı kimidir:
 
Qapıçılar: Emil Balayev, Şahrudin Məhəmmədliyev, Mehdi Cənnətov
 
Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Anton Krivotsyuk, Abbas Hüseynov, Azər Salahlı, Elvin Bədəlov, Şəhriyar Əliyev, Sərtan Taşkın, Təmkin Xəlilzadə
 
Yarımmüdafiəçilər
: Emin Mahmudov, Coşqun Diniyev, Vüqar Mustafayev, İsmayıl İbrahimli, Aleksey İsayev, Elvin Cəfərquliyev, Toral Bayramov
 
Hücumçular:
Ramil Şeydayev, Mahir Emreli, Əli Qurbani, Anatoli Nuriyev
 
Qeyd edək ki, bu gün Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan - Serbiya görüşü saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner