“Azərbaycana tarixi məğlubiyyəti yaşadığımız oyunda meydana əvəzetmədən daxil olmuşdum. Podqoritsada 2:2 hesabı ilə başa çatan görüşdə milli komandada olmamışdım. Həmin vaxt da Azərbaycan ciddi bir komandaya çevrilmişdi. Bakıdakı məğlubiyyətdən sonra baş məşqçimiz Deyan Saviçeviçin istefa verdiyini xatırlayıram".
Qol.az xəbər verir ki, bu sözləri Srvena Zvezda”nın sabiq kapitanı Nenad Kovaçeviç "danas.rs"ya müsahibəsində deyib.
Serbiya millisinin sabiq üzvü ölkəsinin yığma komandasının DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla oyun öncəsi fikirlərini bildirib. Bu zaman o, iki yığma arasında 2013-cü ildə keçirilmiş (Bakıda 2:1, Podqoritsada 2:2) görüşləri də yada salıb. Kovaçeviç həmin zamanda Azərbaycanı dəyərləndirmədiklərini söyləyib: "Onlara 6:1 və 1:0 hesabı ilə qalib gələndə də həmin matçlar yenə yadıma düşür. Amma o zaman da asan deyildi. Azərbaycan çox yöndəmsiz komanda idi. Onlarla səfərdə oynamağın çətin olacağı bilinirdi. O vaxt da 2003-cü ilə nisbətən daha yüksək səviyyədə idilər və o zamandan bəri daha da irəlilədilər. 2012-ci ildən sonra Azərbaycanın “Bakı” klubunda oynamışam. Çox güclü çempionatları olduğunu deyə bilərəm. Futbolda davamlı irəliləyirlər. Vaxtilə Robert Prosineçki də Azərbaycan yığmasında çalışıb. Deməli, onlar xaricilərdən öyrənməyə çalışırlar. Portuqaliya Azərbaycanı 1:0 hesabı ilə məğlub etdi. Bu da o deməkdir ki, Azərbaycanla zarafat etməyin, bu, xəbərdarlıqdır”
O bildirib ki, Serbiya DÇ-2022-nin seçmə mərhələsində iki yaxşı nəticədən sonra arxayınlaşmamalıdır: “Rəqib sanki Almaniyadır. Oyuna bu cür yanaşmaq lazımdır. Heç bir rəqibi qiymətləndirməmək olmaz. Baş məşqçinin buna imkan verməyəcəyinə inanıram, amma yenə də xəbərdarlıq etmək istəyirəm. Lüksemburqun İrlandiyanı məğlub etməsi kifayət qədər xəbərdarlıq olmalıdır. Artıq San-Marino kimi əvvəlcədən məğlub olduğu deyilən milli komandalar yoxdur. Futbol getdikcə çılğınlaşır və əvvəlcədən qazanılan oyunlar qalmayıb”.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”