FİFA Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştiano Ronaldonu cəzalandıra bilər.
Qol.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, buna dəbəb 36 yaşlı hücumçunun DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunda Serbiya ilə görüşdə aqressiv davranmasıdır. Sözügedən qarşılaşmanın 90+3-cü dəqiqəsində onun təmiz qolu hakim tərəfindən qeydə alınmadığı üçün Ronaldo referiyə sərt şəkildə etirazını bildirib, hələ oyun bitmədən kapitanlıq sarğısını yerə tullayaraq, paltardəyişmə otağına getmişdi. Nəticədə hakim onu sarı vərəqə göstərmişdi. Xəbərdə qeyd olunur ki, dünyanın ali futbol qurumu Ronaldonun belə hərəkətlərini "hücum və ya zorakı" davranış kimi qəbul edərək, cəzalandıra bilər. Hazırda məsələ FİFA İntizam Qanunlarının 11-ci maddəsi üzərindən araşdırılır. Əgər oyunçu cəzalanarsa, 1 və ya 2 matçı buraxacaq.
Qeyd edək ki, Serbiya - Portuqaliya görüşü 2:2 hesablı heç-heçə ilə başa çatıb.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”