"Komanda yoldaşlarıma dedim ki, artıq mənim qol vurmağım lazım deyil. Çünki yığmada yetərincə qol vurmuşam. Onlara kömək edirəm ki, onlar mənim rekorduma yaxınlaşsınlar".
Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, bu sözləri İsveç millisinin və "Milan"ın futbolçusu Zlatan İbrahimoviç DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunda Kosovo ilə matçdan (3:0) sonra deyib. O, yığmaya qayıtması və komanda yoldaşlarına kömək etmək istəyi barədə danışıb:
"Vaxt keçdikcə millinin oyunçularını həm meydanda, həm də meydandan kənarda daha yaxşı tanıyıram. Kosova ilə görüş bizim üçün yaxşı keçdi. Ancaq bu, sırf mənə və ya Aleksandr İsaka görə olmayıb. Özümdən maksimum yararlanmaq üçün milliyə qayıtmışam. İstəyirəm ki, mənə hamı kimi rəftar edilsin".
Qeyd edək ki, İbrahimoviç 2001-2016-cı illərdə də İsveç yığmasında oynayıb. O, 116 matçda 62 qol vurub və komandanın bombardiri olub. Bu il martın ortalarında isə 39 yaşlı hücumçunun yenidən yığmaya qayıtdığı açıqlanıb. Təcrübəli forvard DÇ-2022-nin ilk iki oyununda 2 qol ötürməsi ilə komandasına fayda verib.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”