Çağlar Söyüncüdən yüksək performans

Çağlar Söyüncüdən yüksək performans
XƏBƏR 28 Mart 2021 / 09:49 2776
-  A +

Ötən gecə DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunda Norveç - Türkiyə matçında (0:3) Çağlar Söyüncünün oyunu xüsusi diqqət çəkib.

Qol.az goal.com-a istinadən xəbər verir ki, Türkiyənin 2-ci qolunun müəllifi olan müdafiəçi görüşdə bu mövsüm "Borrusiya"dakı çıxışı ilə təriflənən, Norveç yığmasının futbolçusu Erlinq Haalandı da geridə qoyub. "Opta" yazır ki, Çağlar matç zamanı 5 ikili mübarizənin 4-dən qalib ayrılıb. Haaland isə 3 təkbətək mübarizənin cəmi birindən qalib ayrıla bilib. Hətta, 20 yaşlı müdafiəçi 3 dəfə cərimə meydançasında topu ələ keçirsə də, vurduğu 2 zərbənin 2-si də qapı çərçivəsindən kənara gedib. Həmçinin Çağlar rəqibin 6 hücumunu uzaqlaşdırmağı bacarıb və bu zaman bir dəfə də olsun qayda pozuntusuna yol verməyib.

Qeyd edək ki, Türkiyə G qrupunda 6 xalla liderdir.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner