İtaliyadan Avro-2020 üçün yeni plan

İtaliyadan Avro-2020 üçün yeni plan
XƏBƏR 27 Mart 2021 / 15:59 1221
-  A +

İtaliya Futbol Federasiyası Romada keçiriləcək Avro-2020-yə azarkeşlərin də buraxılmasını istəyir.

Qol.az goal.com-a istinadən xəbər verir ki, federasiya prezidenti Qabriel Qravina bu barədə açıqlamasında deyib:

"İki ildir ki, Avropa Çempionatının təşkil edilməsi üçün çalışırıq, yatırım edirik. İtaliyanın ev sahibliyi edəcəyi yarışlar üçün birlikdə çalışmalıyıq. Azarkeşləri tribunalara qaytarmaq istəyirik.  Belə bir vacib hədəfə çata biləcəyimizi göstərmişik".

Qeyd edək ki, Avro-2020 ötən il koronavirus pandemiyasına görə təxirə salınmışdı.


Qarabağ FK
Son xəbərlər
topaz banner