"Beşiktaş" Abubakarla müqaviləni yeniləyir

"Beşiktaş" Abubakarla müqaviləni yeniləyir
XƏBƏR 27 Mart 2021 / 14:59 1007
-  A +

"Beşiktaş" futbolçusu Vinsent Abubakara yeni müqavilə təklif etməyə hazırlaşır.

Qol.az "Milliyet"ə istinadən xəbər verir ki, "qara qartallar" 28 yaşlı hücumçunun çıxışından razıdır və onu buraxmaq istəmir. İstanbul təmsilçisi daha 2 matçda iştirak edəcəyi təqdirdə sözləşməsi avtomatik uzanacaq oyunçu ilə əlavə 3 illik də müqavilə imzalamağı planlaşdırır.

Kamerunlu futbolçunu "Vest hem" də heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Abubakar bu mövsüm Superliqada 25 matçda 15 qol vurub və 5 qolun ötürməsini verib.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner