İlkay millidə də qol vurdu

İlkay millidə də qol vurdu
XƏBƏR 26 Mart 2021 / 11:36 2446
-  A +

Bu mövsüm "Mançester Siti"də uğurlu oyunu ilə diqqət çəkən İlkay Gündoğan Almaniya millisində növbəti oyuna çıxıb.

Qol.az xəbər verir ki, türk əsilli futbolçu dünən İslandiyaya qarşı DÇ-2022-nin ilk seçmə görüşündə iştirak edib.

Əsas heyətdə meydana çıxan və 90 dəqiqə oynayan İlkay 3:0 hesabı ilə yekunlaşan matçda üçüncü qolu (56-cı dəq.) vurub.

Əlavə edək ki, Gündoğan bu mövsüm Premyer Liqada 23 görüşdə 12 qolun müəllifi olub.


Qarabağ FK
Son xəbərlər
topaz banner