Ronaldo Azərbaycanla oyunda rekorda imza atdı

Ronaldo Azərbaycanla oyunda rekorda imza atdı
XƏBƏR 25 Mart 2021 / 12:06 19929
-  A +

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla oyunda (1:0) rekorda imza atıb.

Qol.az "Time24 news"a istinadən xəbər verir ki, o, Portuqaliya millisində ən uzunmüddətli karyeraya malik futbolçu olub. 35 yaşlı hücumçu  debütündən 6426 gün sonra Azərbaycana qarşı (1:0) oynayıb. Bu, Ronaldonun yığmadakı 171-ci görüşü olub. Onun 2003-cü il avqustun 20-dəki ilk yığma matçından 17 il 7 ay 2 gün keçib.

Beləliklə, Kriştiano bu göstəricidə Vitor Damasın rekordunu (ilk və son oyunları arasında 6305 gün, yəni 17 il 3 ay 5 gün) yeniləyib.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner