Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan milli komandanı DÇ-2022-nin seçmə mərhələsində Niderlandı məğlub etmələri (4:2) münasibəti ilə təbrik edib.
Qol.az xəbər verir ki, ölkə rəhbəri matçdan sonra oyunçular və baş məşqçi Şenol Günəşin olduğu paltardəyişmə otağına gedən Gənclər və İdman naziri Muhammet Muharrem Kasapoğluna zəng vurub. Ərdoğan onun vasitəsilə futbolçular və baş məşqçi ilə telefonla danışıb, onları təbrik edib. O deyib:
"Belə bir dönəmdə milli komandamızın Niderland kimi bir millini 4:2 hesabı ilə məğlub etməsi həqiqətən də ölkəmizə, millətimizə ayrı bir qürur hissi verib".
Ölkə rəhbəri baş məşqçi Şenol Günəşin "Həm 3 xal qazandıq, həm də yüksək əhval-ruhiyyə. Bu, Türkiyə üçün də stimul oldu. Amma siz bir az gecikdiniz. 15 dəqiqə əvvəl gəlsəydiniz, sizi oyuna daxil edə bilərdik. Hücumçuya ehtiyacımız vardı. Sizi Burak Yılmazın yerinə qoya bilərdik" sözlərinə gülərək cavab verib.
Həmçinib Ərdoğan komandanın kapitanı Burak Yılmazla da danışıb. O, hücumçunun cərimə zərbəsindən vurduğu qol haqqında deyib: "Maşallah, o necə zərbə idi!". Yılmaz isə Ərdoğana "Sizi də aramızda görmək istəyərik. Sizin bizimlə olmağınız komandaya güc verər. Çox xoşbəxt olarıq" - deyə söyləyib.
Ərdoğan bildirib: "Qismət olarsa, bundan sonrakı matçlarda gəlməyə çalışarıq. Bütün oyunçulara təbriklərimi çatdırın. Allah köməyiniz olsun".
Qeyd edək ki, Türkiyə millisi növbəti matçını martın 27-si səfərdə Norveçə qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə 21:00-da başlayacaq.
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi