"Zirə"nin legioneri millidə 73 dəqiqə oynadı

"Zirə"nin legioneri millidə 73 dəqiqə oynadı
XƏBƏR 25 Mart 2021 / 00:30 1717
-  A +

"Zirə"nin futbolçusu Klesio Baukun çıxış etdiyi Mozambik millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsində növbəti oyununa çıxıb.

Qol.az xəbər verir ki, komanda 5-ci turunda səfərdə Ruanda ilə qarşılaşıb 0:1 hesabı ilə uduzub. Meydana start heyətdə daxil olan Bauk 73 dəqiqədə əvəzlənib. 

Mozambik millisinin növbəti oyunu martın 30-da "Qarabağ"ın futbolçusu Patrik Andradenin çıxış etdiyi Kabo Verdeyə qarşı olacaq.

Qeyd edək ki, hazırda Mozambik millisi 4 xalla F qrupunda 3-cü yerdədir.

Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner