Farfanın yeni iş yeri məlum oldu

Farfanın yeni iş yeri məlum oldu
XƏBƏR 24 Mart 2021 / 19:09 1934
-  A +

 Peru milli komandasının sabiq futbolçusu Cefferson Farfanın yeni iş yeri məlum olub.
 
Qol.az xəbər verir ki, 36 yaşlı hücumçu karyerasını ölkəsinin "Alyans Lima" klubunda davam etdirəcək. Bu barədə Peru təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Farfanla 2022-ci ilin sonunadək müqavilə imzalandığı bildirilib. 
 
Qeyd edək ki, Farfan “Alyans Lima” klubunun yetirməsidir. Yarımmüdafiəçi 1998-2004-cü illər aralığında məhz bu komandada çıxış edib. Karyerası ərzində PSV (Niderland) və “Şalke” (Almaniya) kimi klublarda çıxış edən yarımmüdafiəçinin son ünvanı Rusiya “Lokomotiv”i olub. O, Peru millisində 94 oyuna çıxıb, 27 qola imza atıb.

Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner