"Hər oyun bir finaldır və oyunçular bunu bilməlidirlər. Azərbaycana qarşı favorit olduğumuzu bilirik, amma hörmət etməsək və öz gücümüzü meydana qoymasaq, çox böyük problemlərimiz ola bilər. Qələbələr meydanda qazanılır".
Qol.az xəbər verir ki, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda Azərbaycan yığması ilə oyun öncəsi mətbuat konfransında deyib.
"Komandada əhval-ruhiyə həmişə olduğu kimidir. Fikrimizi oyundan-oyuna yönəldirik. Gün ərzində rəqib haqqında daha çox məlumat toplayacağıq. Oyunu mürəkkəbləşdirsək, bizim üçün çətin olacaq. Bu oyuna son dərəcə ciddi, peşəkarlıq və həvəslə yanaşmalıyıq. Çünki sabah uğur qazanmaq istədiyimiz yeni bir mərhələyə başladığımızı anlamalıyıq" - deyə o bildirib.
Mütəxəssis qarşılaşmanı finala bənzədib: “Sabahkı görüşə hazır olacağımıza şübhə etmirəm. Rəqib 35-40 metr aralığında toplaşacaq. Biz rəqibin kəskin əks-hücumlarında diqqətli olmalı və standart vəziyyətlərə fikir verməliyik. Futbolçularım millidə oynayanda yüksək motivasiyalı olur. Cəmi 8 oyunumuz var və hər biri finala bərabərdir”.
Santuş komandanın qol silahı Kriştiano Ronaldo haqda da danışıb: "Şübhəsiz komandamız üçün əsas oyunçudur. Dünyanın ən yaxşı oyunçularından biri və bəlkə də bir nömrəsidir. Ancaq təkcə onu fərqləndirə bilmərik, bir çox başqa elit oyunçumuz var. Bütün bunların sonunda komanda qələbə qazanır. Ronaldo ilə bağlı deyilən tənqidlər haqda danışmağa dəyməz. Çünki onun haqqında fikirlərimi hər kəs yaxşı bilir.
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu