Tiflisdə keçiriləcək “Böyük dəbilqə” turnirində mübarizə aparacaq Azərbaycan komandasının heyəti müəyyənləşib.
Qol.az xəbər verir ki, yarışda 11 cüdoçumuz iştirak edəcək. Martın 26-da start götürəcək turnirdə kişilər arasında Oruc Vəlizadə, Kəramət Hüseynov (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Murad Fətiyev, Zelim Tskayev (hər ikisi 81 kq), Aslan Mirzəyev (100 kq), Uşangi Kokauri (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar. Qadınların yarışlarında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Şəfəq Məmmədova (hər ikisi 52 kq) güclərini sınayacaqlar. Yarış martın 28-dək davam edəcək.
Qeyd edək ki, cüdoçularımız bundan əvvəl Daşkənddə keçirilmiş “Böyük dəbilqə” turnirində iştirak ediblər. Yarışda Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) bürünc medal qazanıblar.
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu