"Utancverici bir oyun idi"

"Utancverici bir oyun idi"
XƏBƏR 22 Mart 2021 / 17:40 2170
-  A +

"Tottenhem"in futbolçusu Harri Keyn Avropa Liqasının 1/8 finlalında Zaqreb "Dinamo"suna uduzduqları matçdan (0:3) danışıb.

Qol.az goal.com-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu ötən gecə "Aston Villa"ya qalib gəldikləri görüşdən (2:0) sonra danışıb. O, "Dinamo"ya məğlub olduqları qarşılaşmanı utancverici məğlubiyyət adlandırıb:

"Bizim üçün çox vacib idi. Son bir neçə oyunda yaxşı çıxış etmədik. Həftəiçi keçirilən oyunda uduzmağımız bizim üçün utancverici idi. Geri qayıtmalı olduğumuzu bildirdik. Milli komandalar üçün yaranan fasiləyə 3 məğlubiyyətlə girmək istəmirdik".

Qeyd edək ki, "Tottenhem" hazırda turnir cədvəlində 48 xalla 6-cıdır.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner