Araz qələbədə iştirak etdi

Araz qələbədə iştirak etdi
XƏBƏR 21 Mart 2021 / 19:32 2478
-  A +

Türkiyə birinci liqasında 27-ci turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, millimizin sabiq üzvü Araz Abdullayevin çıxış etdiyi "Boluspor" səfərdə "Ankaraspor"la qarşılaşıb.

Matç "Boluspor"un 2:1 hesablı qələbəsi ilə başa çatıb. Araz start heyətdə meydana daxil olub və 90+3-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Boluspor" hazırda turnir cədvəlində 32 xalla 12-ci pillədə qərarlaşıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner