Boksçularımızdan 7 medal

Boksçularımızdan 7 medal
XƏBƏR 21 Mart 2021 / 13:11 937
-  A +

İstanbulda təşkil edilən boks üzrə beynəlxalq Boğaziçi turniri başa çatıb.

Qol.az xəbər verir ki, yarışda 30-a yaxın ölkədən 250 idmançının qatılıb. Millimiz isə turniri 7 medalla başa vurub.

Yığmamızın heyətində Məsud Yusifzadə (52 kq), Cavid Çələbiyev (63 kq), Sərxan Əliyev (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmməd Abdullayev (+91 kq) ikinci yeri tutub. Ümid Rüstəmov (57 kq) və Alfonso Dominqes (81 kq) isə bürünc medalla kifayətlənib.

Qeyd edək ki, Azərbaycan boksçuları turnirdən öncə qardaş ölkədə təlim-məşq toplanışı keçiblər.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner