İslam bürünc medal qazandı

İslam bürünc medal qazandı
XƏBƏR 19 Mart 2021 / 19:28 1559
-  A +

Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat turnirində bürünc medal qazanıb.

Qol.az xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançımız moldovalı Petru Krakiun ilə üz-üzə gəlməli idi.

Lakin rəqib döşək üzərinə çıxmaq istəmədiyi üçün Bazarqanova texniki qələbə verilib.

Qeyd edək ki, bu, Azərbaycanın turnirdəki ilk medalıdır.


Qarabağ FK
Son xəbərlər
topaz banner